Qan xərçənginin ilkin əlamətləri

  • 2020.09.13 15:58
  • 3734 Baxış
Qan xərçənginin   ilkin əlamətləri
Onkoloq, mammoloq, tibb elmləri namizədi, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, Rusiya Onkoloqlar Assosiasiyasının üzvü, həkim Roman Temnikov qan xərçənginin erkən əlamətlərini açıqlayıb.

O, xüsusi halda baş ağrıları, başgicəllənmələr, pis iştah, temperaturun yüksəlməsi, zəiflik və yorğunluq, çəkinin kəskin azalması kimi əlamətlər vaxtı müayinədən keçməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, xəstəlik sonrakı mərhələlərdə onsuz da özünü taxikardiya, bədəndə göyərmə, dodaqların və dırnaqların mavi rəngi, huşun itməsi, dəri səpkiləri, oynaqların və sümüklərin ağrısı kimi göstərə bilər.

"Həqiqətən erkən mərhələlərdə leykoza düzgün diaqnoz qoymaq çətindir. Bir qayda olaraq, xəstəlik tibbi müayinələr zamanı və ya xəstə başqa bir səbəbdən həkim axtardıqda aşkarlanır", - o deyib.