Qanda laxtalanmanı azaldan içki açıqlandı

  • 2024.04.04 18:47
  • 877 Baxış
Qanda laxtalanmanı azaldan içki  açıqlandı

Hansı təzə sıxılmış şirə qan laxtalanması və damar tıxanmasının qarşısını ala bilər?


“Medicina” xəbər verir ki, epidemioloq, həkim Marqarita Provotorova rasiona daxil edilməli faydalı şirələri açıqlayıb:

“Təzə kök şirəsi çəkdikdə ona bir qaşıq zeytun yağı və ya qaymaq əlavə edin, çünki kökdə olan karotin yağda həll olur.

Qarışıq smuzilər orqanizm üçün daha faydalıdır, nəinki meyvə şirəsi.
Çünki smuzidə lif daha çox saxlanılır.

Gündəlik pomidor, xiyar və şirin bibərdən smuzi hazırlaya bilərsiz.
Bu, orqanizminizi C vitamini və likopin ilə təmin edəcək, hər ikisi xərçəngə qarşıdır.

Antioksidant təsirli smuzilər qanda laxtalanmanın və laxta kütlələrinin yaranmasının qarşısını da alır.

Bu da infarkt və insult riskiini azadır.

İstənilən təzə meyvə-tərəvəz qanda xolesterinin miqdarını salır, gündə 400 qramdan az olmamaq şərtilə meyvə-tərəvəz yeməlisiz.


90 faiz insan kifayət qədər lif qəbul etmir və buna görə diabet, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər artır. Amma smuzi və şirələri çəkdikdə hər tərəvəzə uyğun qarışım və istifadə qaydasına riayət etmək lazımdır”.

Aygün Musayeva