Qapalı yerlərdə maska taxmayanlar cərimə ediləcək - RƏSMİ

  • 2020.05.22 18:05
  • 2133 Baxış
Qapalı yerlərdə maska taxmayanlar cərimə ediləcək   -  RƏSMİ

Azərbaycanda qapalı məkanlarda, biznes mərkəzlərində, iş yerlərində, açıq sahələrdə isə növbələrdə və adam çox olan yerlərdə maskadan istifadə məcburidir. Buna nəzarət üçün bu yaxında cərimə sisteminə başlanılacaq. Çünki insanlar maskanı hər vəchlə taxmaqdan yayınır.


Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Liftlərdə, ofislərdə, yaşayış binalarında bloklarda, liftlərdə belə maska taxılması lazımdır, məcburidir. Çünki hava aerozollarında virus olur. Açıq havada, küçədə, parklarda isə maska tövsiyə olunur”.