Qara Hot-doq - faydalı, yoxsa iyrənc?

  • 2026.06.24 23:45
  • 77 Baxış
Qara Hot-doq  - faydalı, yoxsa iyrənc?


Qara hot-doqlar artıq Yaponiyada mövcuddur.

IKEA Yaponiya hər kəsin xoşuna gəlməyəcək qəlyanaltı təklif etməyə başlayıb: qara hot-doq.

Sanki onu qrildə unutmusunuz. "Ninjadog" adlanan yeni məhsul IKEA-nın Yaponiyadakı 10 illiyini qeyd etmək üçün satışa çıxarılıb.

Medicina.az xəbər verir ki, 20 santimetrlik çörək və 30 santimetrlik kolbasanın qara rəngi bədəndən toksinləri çıxarmağa kömək edən çox sağlam bir məhsul hesab edilən bambuk kömüründən qaynaqlanır.

Bu faydalara baxmayaraq, hamı yeni hot-doqu bəyənmədi və çoxları onu tamamilə iyrənc hesab edib.

Aygün Musayeva