“Qarabağ”ın rəhbərlik, futbolçu, məşqçi və personal heyətindən koronavirus testinin götürülməsi ilə bağlı məlumat vermişdik.
Medicina.az xəbər verir ki, komandanın test nəticələri mənfi çıxıb, yəni heç kimdə virus yoluxması yoxdur.
Qeyd edək ki, Ağdam klubunun Suraxanıda yerləşən bazasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam riayət olunur.