Qarabaşaq insanı ən təhlükəli xəstəlikdən qoruyur

  • 2026.06.25 16:53
  • 97 Baxış
Qarabaşaq insanı ən təhlükəli xəstəlikdən    qoruyur

Müntəzəm qarabaşaq yarması (qreçka) yemək insanın təhlükəli xəstəliklərə qarşı müdafiəsini artırır.

Medicina.az xəbər verir ki, dietoloq Mixail Ginzburqun sözlərinə görə, pəhrizdə qarabaşaq yarması bədxassəli xəstəliklər də daxil olmaqla bir çox xəstəliklərə qarşı profilaktik təsir göstərir.

O, həmçinin bədəndə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır. Mütəxəssis izah edib ki, bu təsir qarabaşaq yarmasının tərkibində olan çox faydalı molekullarla bağlıdır.


"Qarabaşaq yarması diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmadan qoruyur".

Dietoloq qarabaşağın aşağı kalorili tərkibini və uzunmüddətli toxluq hissini təmin etmək qabiliyyətini əsas faydalarından biri kimi qeyd etdi. Qarabaşaq yarması bitki zülalının zəngin mənbəyi kimi 40 yaşdan yuxarı olanlar üçün faydalıdır.

Ginzburq həmçinin qeyd edib ki, qarabaşaqda çoxlu miqdarda maqnezium var. Bu mikroelement mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün vacibdir və ürəyi, sinir sistemini və öd kisəsini dəstəkləyir.

Aygün Musayeva