Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür

  • 2026.07.06 22:09
  • 120 Baxış
Qaraciyər xərçənginin əlamətləri    yemək yeyəndə görünür

Qaraciyər xərçəngini erkən mərhələlərində aşkar etmək çox çətin ola bilər, simptomlar adətən şiş irəlilədikdə görünür. Lakin bəzən xəstəliyin əlamətləri xəstəliyin erkən mərhələlərində görünə bilər.


Medicina.az xəbər verirki, Dr. Cozef Ambaniyə görə, sadəcə onları sezmək lazımdır.

Dr. Ambaniyə görə, qaraciyər xərçənginin erkən simptomları yemək yeyərkən hiss olunur?

"Xəstəliyi olan insanlar qarın ağrısı və ya ürəkbulanma səbəbindən iştahlarını itirir və ya əvvəlki qədər yeyə bilmirlər. Bundan əlavə, hətta az miqdarda yemək belə xərçəng hallarında mədə ağrısına və narahatlığa səbəb ola bilər”.

Həkim həmçinin qaraciyər xərçənginin digər mümkün erkən əlamətlərini də sadaladı.


İzah olunmayan çəki itkisi
Sarılıq (dəri və gözlərin saralması)
Maye yığılması (assit) səbəbindən qarın şişkinliyi
Nəfəs darlığı
Daimi yorğunluq və ya zəiflik
Ürəkbulanma, qusma

Həkim xərçəngi erkən aşkar etmək üçün bədənin xəbərdarlıq əlamətlərinə diqqət yetirməyin və onun funksiyasını yaxşı bilməyin vacibliyini vurğulayıb.


Aygün Musayeva