Qaraciyəri bu qidalardan qoruyun

  • 2023.05.03 17:05
  • 2295 Baxış
Qaraciyəri bu qidalardan qoruyun
Qaraciyərin sağlamlığı üçün şəkərli qidalar, çərəzlər, qazlı içkilər və meyvə şirələri kimi əksər işlənmiş və qızardılmış qidalardan çəkinmək lazımdır.


“Medicina” xəbər verir ki, həkim – hepatoloq Alla Yujnevanın sözlərinə görə, belə qidalar qan şəkərini artırır və nəticədə qaraciyərdə piy yığılmasını gətirib çıxardır.

“Bu riski azaltmaq üçün doymuş yağda qızardılmış ətlərdən də çəkinmək lazımdır.

Məhdudlaşdırılacaq qidalar və içkilər:

• Peçenye, şirniyyat
• Emal edilmiş ət
• Qazlı içkilər
• Meyvə şirələri
• Duzlu qidalar



Həkimin sözlərinə görə, qaraciyərdə yağ yığılması 2-ci tip diabet, ürək xəstəlikləri və qan dövranı problemləri ilə də əlaqələndirilir.

Nəticədə bu problemlər bir insanı qaraciyər xərçəngi və ya qaraciyər çatışmazlığı riski altına qoya bilər.

Qorunmaq üçün arıqlamaq, pəhriz və fiziki aktivlik vacibdir.

Günay Quliyeva