Qaraciyərin bərpa olunduğunu göstərən 4 əlamət

  • 2023.04.28 21:13
  • 2710 Baxış
Qaraciyərin bərpa olunduğunu göstərən  4 əlamət
Zədələnmiş qaraciyərin bərpa olunduğunu göstərən dörd əlamət var.

Qaraciyər regenerasiya üçün böyük potensiala malik orqandır. Əgər orqan ciddi şəkildə zədələnməyibsə, o, öz-özünə bərpa etmək qabiliyyətini saxlayır.


“Medicina” xəbər verir ki, sağlam həyat tərzi ilə zədələnmiş qaraciyəri bərpa etmək olur.

Qaraciyərin sağaldığını göstərən əlamətlər:

Düşüncə və yaddaş yaxşılaşır. Zəif və xəstə qaraciyər insan orqanizmindəki ən böyük filtr rolunun öhdəsindən yaxşı gələ bilmir. Nəticədə qanda arzuolunmaz zəhərli maddələr toplanır ki, bu da beyinə mənfi təsir göstərir. Beyində tam aydın olmayan fikirlər və unutqanlıq yaranır. Qaraciyərin bərpasının əlaməti yaddaş və idrak funksiyalarının yaxşılaşmasıdır.

Enerji yüksəlir. Qaraciyər funksiyası azaldıqda, maddələr mübadiləsinə mənfi təsir göstərir, daimi yorğunluq və yuxululuğa səbəb olur. Qaraciyər yeniləndikcə, insan özünü daha enerjili hiss etməyə başlaya bilər.

Çəkidə normallaşma- Qaraciyərin vəziyyəti çəkiyə təsir göstərir. Sağlam qaraciyər olduqda, iştah normallaşır, daxili çəki tənzimləmə mexanizmləri səmərəli işləyir.

Üz rəngi yaxşılaşır. Qaraciyərin pis vəziyyətinə görə, toksinlərin yığılması dəri problemlərinə səbəb olur. Ancaq qaraciyər sağalmağa başlayanda, yaxşı dəri tonu və incə, ödemsiz üz quruluşu əldə edirsiz.

Aygün Musayeva