Qarında çoxlu piyi olanlar – bu 3 hormonu yoxlatsın

  • 2026.08.14 14:33
  • 171 Baxış
Qarında  çoxlu piyi olanlar  – bu 3 hormonu yoxlatsın


İnsulin, prolaktin, kortizol hormonlarının qarında, beldə yağ yığılması ilə necə əlaqəli olduğu araşdırılıb.


Medicina.az xəbər verir ki, ginekoloq və endokrinoloq Evgeniya Nazimova hormonal balanssızlığın bədənin müxtəlif hissələrində yağ yığılmasına necə təsir etdiyini açıqlayb.


Kortizol stress hormonu kimi tanınır, səhərlər çox miqdarda ifraz olunur. Onun artıqlığı bir çox bədən sisteminə mənfi təsir göstərir.


" Üzdə, qollarda və yuxarı çiyin qurşağında - yağ yığılması adrenal hormon kortizolunun artıqlığı ilə əlaqələndirilə bilər. Çox vaxt bu tip bir xəstəliyin inkişafı, İtsenko-Kuşinq sindromu və ya qlükokortikosteroidlərin uzun müddətli istifadəsi ilə əlaqələndirilir"

Prolaktin

"Ginekomastiya, süd vəzinin inkişafı olan kişilər də daxil olmaqla, süd vəzilərində yağ yığılması tez-tez hipofiz vəzi tərəfindən istehsal olunan prolaktin hormonunun artıqlığı ilə əlaqələndirilir. Səbəblərə hipofiz vəzindəki patoloji proses və ya hormon səviyyəsini artıran digər amillər, məsələn, xroniki stress, sinə travması və s. daxildir."

Hipotiroidizm

Əgər yağ bədəndə bərabər paylanırsa, ayaqlarda və üzdə şişkinlik meyli ilə müşayiət olunursa, bu, tiroid hormonlarının çatışmazlığı səbəbindən yaranan hipotiroidizm əlamətidir.

İnsulin

Ən hiyləgər hormondur, onun sayəsində yağ qarın boşluğunda toplanır və "həyat xətti" əmələ gətirir. İnsulin bədəndə karbohidrat mübadiləsindən məsuldur. Əgər yağ qarın boşluğunda toplanırsa, belinizi ölçün. Qadınlar üçün yuxarı hədd 79 sm-dir. Kişilər üçün isə 93 sm-dir. Bu rəqəmlərdən yuxarı olan hər hansı bir şey insulin müqavimətinin inkişafını, yəni hüceyrələrin insulin hormonuna qarşı həssaslığını göstərir.

Aygün Musayeva