Qarlı havada 7 nəfər əzilib - Sumqayıtda

  • 2021.02.24 14:22
  • 1083 Baxış
Qarlı havada 7 nəfər əzilib -  Sumqayıtda

Sumqayıtda qarlı hava ilə əlaqədar 9 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 7 nəfər isə əzilib.

Bunu APA-ya açıqlamasında Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib.

Onun sözlərinə görə, onlardan 3-ü (2 sınıq, 1 əzik) təcili yardım maşınları, qalanları isə fərdi maşınlarla gətirilib.

Xəsarət alanların hər birinə ambulator yardım göstərilərək evə buraxılıb.