Qarlı havada yıxılan 16 nəfər təcili yardıma müraciət edib

  • 2023.01.09 14:28
  • 1356 Baxış
Qarlı havada yıxılan 16 nəfər  təcili yardıma müraciət edib
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir.

TƏBİB-dən Medicina.az -a verilən xəbərə görə, müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.


Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.