Yay aylarının meyvəsi olan qarpız rəflərdə öz yerini tutub.
Medicina.az xəbər verir ki, qarpız seçərkən bəzi məqamlara diqqət etmək lazımdır.
Bəzi əlamətlər qarpızın günəşdə tam yetişdiyinin və kifayət qədər şirinləşdiyinin göstəricisidir.
Gövdə rənginə baxın: Saralmış gövdə qarpızın budaqda tam yetişdiyini göstərir. Yaşıl gövdəli qarpızlar erkən yığılmış və hələ tam yetişməmiş ola bilər.
Qabıqdakı çatlara diqqət yetirin: Qarpızın qabığında hörümçək toru kimi nazik çatlar varsa, bu, içinin həm sulu, həm də şirin olmasına işarədir.
Ölçüsünə deyil, çəkisinə baxın: Hər böyük qarpızın dadlı olacağına dair qayda yoxdur.
Gövdəsi tamamilə qurudursa, onu götürün: Bu, qarpızın budaqda kifayət qədər uzun müddət qaldığını və dadının tam inkişaf etdiyini göstərir. Budaqda tam yetişmiş qarpızlar daha şirin və dadlıdır.
Aygün
Medicina.az