Qayğanaq şəkərli diabet riskini 60% artırır – ALİMLƏR

  • 2020.11.16 15:56
  • 2217 Baxış
Qayğanaq şəkərli diabet riskini 60% artırır  – ALİMLƏR

Çin Tibb Universitetinin alimləri diabetlə yumurta arasında əlaqəni araşdırıblar.

Medicina.az xəbər verir ki, alimlər tədqiqatlarında 8545 nəfərin 1991-2009-ci illəri əhatə edən tibbi məlumat arxivini təhlil edib.

Nəticələr göstərib ki, gündə 38 qram yumurta yeyən insanlarda diabet riski 25%, 50 qram, yəni 2 yumurta yeyənlərdə isə 60% yüksək olub. Yəni gündə 2 yumurta yeyənlərin 60%-də müəyyən illər sonra şəkər xəstəliyi yaranır.

Bu göstəricilər kişilər arasında daha çoxdur.

Xüsusən yumurtanı yağda qayğanaq edib yeyənlər təhlükə altındadır.