Qaynana ilə yaşayan gəlinlərin ömrü qısala bilər? - Səbəb

  • 2026.03.10 20:21
  • 84 Baxış
Qaynana ilə yaşayan gəlinlərin ömrü qısala bilər?   - Səbəb

Sosioloqlar və psixoloqlar bildirir ki, ailədaxili münasibətlər insanın sağlamlığına birbaşa təsir göstərir. Xüsusilə eyni evdə yaşayan fərqli nəsillər arasında yaranan gərginlik qadınların psixoloji və fiziki vəziyyətinə mənfi təsir edə bilər.


Bəzi araşdırmalar göstərir ki, uzun müddətli ailədaxili stress qadınların sağlamlığını zəiflədə və ömür uzunluğuna təsir edə bilər.

Medicina.az qaynana, qaynata, eləcə də çox ailə üzvü ilə bir evdə yaşayan qadınların orqanizminə olan təsirləri açıqlayır.

1. Davamlı stress hormonu artır

Evdə münaqişə və gərgin münasibətlər olduqda bədəndə stress hormonu – kortizol artır.

Uzun müddət yüksək olan kortizol:
immun sistemini zəiflədir
ürək-damar xəstəliklərinin riskini artırır
yorğunluq və əsəbilik yaradır.

2. Psixoloji gərginlik və depressiya

Ailədaxili konfliktlər qadınlarda emosional gərginlik yarada bilər. Bu vəziyyət zamanla:

depressiya
narahatlıq
yuxu pozuntuları
ilə nəticələnə bilər.

3. Ürək və təzyiq problemləri

Stress uzun müddət davam etdikdə qan təzyiqi yüksələ bilər. Bu isə ürək-damar sistemi üçün əlavə risk yaradır.

4. Yuxu problemləri

Daimi narahatlıq və mübahisələr gecə yuxusunun keyfiyyətini azaldır. Yuxusuzluq isə immunitetin zəifləməsinə və bədənin tez yorulmasına səbəb olur.

5. Psixosomatik xəstəliklər
Həkimlər bildirir ki, uzunmüddətli stress bəzən bədəndə müxtəlif ağrılar yarada bilər.
Məsələn:
baş ağrıları
mədə problemləri
bel və boyun ağrıları.

Amma məsələ yalnız qaynana deyil.

Psixoloqlar qeyd edir ki, problem təkcə qaynana ilə yaşamaq deyil, ailədəki münasibətlərin necə qurulmasıdır. Əgər qarşılıqlı hörmət və dəstək varsa, eyni evdə yaşamaq problemlərə səbəb olmaya bilər.



Sağlam münasibət üçün nə vacibdir?

• şəxsi sərhədlərin qorunması
• qarşılıqlı hörmət
• açıq ünsiyyət
• ailə daxilində rol bölgüsü

Aygün Musayeva