Qazaxda burun ətinə görə qulağı zəifləyən uşaq əməliyyat edildi

  • 2023.12.27 14:33
  • 582 Baxış
Qazaxda burun ətinə görə qulağı zəifləyən uşaq   əməliyyat edildi

10 yaşlı İbrahim 1 ilə yaxındır ki, kəskin eşitmə zəifliyindən əziyyət çəkib, bununla bağlı müxtəlif tibb müəssisələrində müalicə alsa da, effektiv olmayıb.



"Medicina" xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında endoskopik müayinədən sonra həkim Gültac Qədimalıyeva tərəfindən İbrahimə 3-cü dərəcə adenoid hipertrofiyası və xroniki tonzillit dekompensə forma diaqnozu qoyulub.


Pasiyent audio və timpanometriya müayinəsindən keçirilib. B tip konduktiv eşitmə zəifliyi (burun ətinə bağlı olaraq) aşkarlanıb.


Gültac Qədimalıyeva tərəfindən pasiyentə adenotonzillektomiya cərrahi əməliyyatı icra edilib və artıq 5 gün sonra İbrahim tam normal eşitməyə başlayıb. Parasentez (qulaq pərdəsi arxasındakı mayeni çəkmək) əməliyyatına ehtiyac qalmayıb.