Qazaxda tələbələr tüstüdən zəhərləndi

  • 2019.12.03 12:02
  • 2103 Baxış
Qazaxda tələbələr tüstüdən zəhərləndi
Qazaxda kollec tələbələri zəhərlənib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri - 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.