Qazaxıstanda koronavirus: 1 492 yeni yoluxma

  • 2021.03.29 09:10
  • 931 Baxış
Qazaxıstanda koronavirus:  1 492 yeni yoluxma

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 492 yoluxma halı qeydə alınıb.

Medicina.az -ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 241 873 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 217 168 nəfəri sağalıb, 3 014 nəfəri isə vəfat edib.