Qazdan kütləvi zəhərlənmə - 45 nəfər xəstəxanaya yerləşdirildi

  • 2019.11.25 15:45
  • 3391 Baxış
Qazdan kütləvi zəhərlənmə -  45 nəfər xəstəxanaya yerləşdirildi

Rusiyanın Nijeqorod vilayətində kütləvi zəhərlənmə olub.




Medicina.az APA-ya istinadən xəbər verir ki, noyabrın 25-də Vad kəndində 45 nəfər qaz zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 44 şagird, biri müəllimdir. Həkimlər onlardan 10-nun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.




Kənd məktəbinin zəhərlənmə qeydə alınan binalarından biri bağlanıb. Məktəbin digər korpusu fəaliyyətini əvvəlki qaydada davam etdirir.




İlkin məlumata görə, zəhərlənmə məktəbin 1,5 km-liyində yerləşən qazpaylayıcı stansiyada qaz sızmasından baş verib.




Hüquq-mühafizə orqanlarından bildirilib ki, müəssisədə texnoloji proses pozulduğuna görə belə hal yaşanıb. Qaz sızmasının qarşısı qısa müddətdə alınıb.