Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

  • 2019.08.06 09:32
  • 11746 Baxış
Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.



Səhiyyə Nazirliyindən medicina.az
-a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.



Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.



Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.



***



Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.



Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.



***

Hazırda daxil olmuş məlumat əsasında agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb.



Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Axar.az-a açıqlamasında bildirib.



Məlumata əsasən, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.



***

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.



Səhiyyə Nazirliyinin mətbuat xidmətindən medicina.az-a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.



Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.