Qəbizlik- quru, bərk nəcisin həftədə 3 dəfə və daha az tezliklə evakuasiyasıdır.
"Medicina" qəbizliyin səbəbləri və simptomlarını təqdim edir.
Həftədə ≥1 nəcis qaçırma epizodu
Nəcis silindirinin böyük diametri
Yapışqan, sərt və ya quru nəcis
Məqsədli şəkildə nəcisi tutma
Nəcisin miqdarının az olması
• Düz bağırsaq, anal dəlikdə çat, travma
• Bağırsağın tam boşalmama hissiyyatı (adətən, 4 defekasiyadan 1-də hiss edilir)
• Anal dəlikdə spazm, ağrı
Düz bağırsaqda böyük nəcis kütləsi
Qoyun qığına bənzəyən nəcis
• 25%-dən az hallarda nəcis sərbəst çıxa bilmir, xəstə gücənir, bəzən çanaq dibinə əllə kömək edir
• Çox pis qoxulu nəcis
Xroniki qəbizlik
– 95%-i funksional qəbizlik
Səbəbləri:
• Sinir endokrin requlyasiyada pozulma
• Defekasiyaya çağırışın zəif olması
Gün rejimi
Adət etmədiyi, narahat şərait
(Sfinkterin könüllü daralması nəcisin xaric olmasına maneə olur, düz bağırsağın ampulası genişlənir. Bu zaman su sorulur, zaman-zaman düz bağırsağın ampulası daha çox genişlənir və bu, defekasiya çağırışlarını azaldır. Nəcis düz bağırsaq ampulasını doldurur və bu nəcis yaxılmasına gətirir. İradi olaraq stulun gecikdirilməsi hissiyyatı azaldır, get-gedə defekasiyaya çağırış olmur)
• Erkən yaşda bağırsaq infeksiyaları (hipoqanqlioz)
• Qarnın ön divarı, çanaq dibi əzələlərinin, diafraqmanın zəifliyi
• Qida faktoru (qida məhsullarına qarşı hiperhəssaslıq, az su içmək, lifli qidaların az qəbulu)
• Preparatlar (əsası opioid olan ağrıkəsicilər və antidepressant, sidikqovucu, neyroleptiklər və s.)
Hormonal səbəblər (məs.hipotireoz, hiperparatireoz: hipokaliemiya, hiperkalsiemiya, şəkərli diabet, menopauza)
Anorektal patologiya: hemorroy, çat
• Psixogen – psixi xəstəliklər, şəraitin dəyişməsi
• Nevrogen-parkinsonizm, dağınıq skleroz, onurğa pozulmaları
• Daxili orqanların xəstəlikləri
• Qocalıq, hipodinamiya, oturaq həyat tərzi
• Toksinlər ( məs.qurğuşun, civə və alüminium kimi ağır metalların toplanması)
• Hamiləlik və s.
Qəbizlik (praktiki və kliniki nöqteyi nəzərdən)
Müddətinə görə:
kəskin-3 aya qədər
xroniki -3 aydan yuxarı
Yoğun bağırsağın motor funksiyasına görə:
hipertonik
hipotonik
Kompensasiyaya görə
KOMPENSATOR MƏRHƏLƏ
• 2-3 GÜNLÜK QƏBIZLIK
• DEFEKASIYAYA ÇAĞIRIŞ SAXLANILIR
• QARINDA AĞRI VƏ ŞIŞKINLIK OLMUR
• DIETA ILƏ BƏRPA OLUNUR
SUBKOMPENSASIYA MƏRHƏLƏSI
• 3-7 GÜNLÜK QƏBIZLIK
• İŞLƏDICI ILƏ DEFEKASIYA
• QARINDA AĞRI, ŞIŞKINLIK OLMUR
Dekompensasiya mərhələsi
7 gündən çox qəbizlik
Defekasiyaya çağırış olmur
Qarında ağrı, şişkinlik
Nəcis intoksikasiyası
Qəbizliyi aradan qaldırmaq üçün sifon imalə lazım olur
Funksional qəbizliyin müalicəsi
• ƏSAS TERAPIYA - ALTDA YATAN SƏBƏBƏ YÖNƏLIK MÜALICƏ
• DIETA
• Uşaq və valideynlərin təlimi
• İdman hərəkətləri
• Koprostazın aradan qaldırılması üçün medikamentoz terapiya
QƏBİZLİK ZAMANI TÖVSİYYƏLƏR
Hər səhər acqarna 1-2 stəkan isti su içmək
Hər yeməkdən 20 dəq. əvvəl 1-2 stəkan isti su içmək
Maqnezium tərkibli mineral sulardan istifadə
Yeməkləri kifayət qədər çeynəmək
Yeməkdən dərhal sonra su, çay içməmək
Gündəlik 1-2 pay meyvə (üzüm, əncir, yemiş, qarpız)
Tərəvəzlərdən – kələm, çuğundur, balqabaq, üstünlük vermək
Qıcqırmış tərəvəzlərdən istifadə (molokan kələmi)
Quru meyvələrdən (qara gavalı, quru əncir, qaysı..) istifadə etmək
Büzücü meyvələrdən (zoğal, heyva, xurma, əzgil) və içkilərdən (qara çay, kakao) uzaq olmaq
Kətan toxumu dəmləməsindən istifadə etmək
Tamtaxıllı un məmulatlarından istifadə etmək
Tərəvəzli salatlara kifayət qədər zeytun yağı əlavə etmək
Yabanı göyərtilərdən - (əməköməci, gicitkan, cincilim, quşəppəyi,
pərpətöyün..) müntəzəm istifadə etmək
Küncüt, çia, alaqanqal toxumlarından, badam, qoz-fındıqdan istifadə
Dieta (1 yaşa qədər)(İnək südü , inək südü tərkibli smeslər verilmir. Təbii lifli meyvə püresi, tərəvəz, südəmər uşaq üçün hazırlanmış taxıl məhsulları: sorbitol tərkibli meyvə şirələri effektiv ola bilər (gavalı, armud))
Alma, banan, kök, düyü, şokaladdan uzaq olmaq
Gündəlik – piyada gəzinti, idman hərəkətləri etmək
Yuxu rejiminə riayət etmək
FUNKSIONAL QƏBIZLIYIN MÜALICƏSINDƏ BIOTƏNZIMLƏYICI MÜALICƏ OLDUQCA EFFEKTIVDIR
• Nux vomica-Homaccord
• Chelidonium –Homaccord
Nux vomica-Homaccord
Mədə-bağırsaq traktının (MBT-nin) motorikasını yaxşılaşdırır.
Qaraciyər və MBT-nin detoksikasiya funksiyasını yaxşılaşdırır, spazmolitik, iltihabəleyhinə, ödqovucu, köpəleyhinə təsir edir.
GÖSTƏRİŞLƏR:
• MBT-nin üzvi və funksional
pozulmaları:
- Dispepsiya, qusma, qaytarma,
meteorizm, bağırsaq spazmı
- Qastroezofaqal reflüks, qastrit,
qastroenterit, duodenit, kolit
- Qaraciyərin funksional pozulmaları
- Qəbizlik
- Nikotin, spirt və ya kofein
qəbulu nəticəsində yaranan
qastrointestinal simptomlar
Chelidonium –Homaccord
Öd kisəsində iltihabı, spastik ağrıları, durğunluğu aradan qaldırır və ödün bağırsağa axmasını asanlaşdırır, dispepsiya sindromunu aradan qaldırır.
GÖSTƏRİŞLƏR:
• xolesistit
• xolangit
• ödçıxarıcı yolların və
öd kisəsinin diskineziyası
• kəskin və xroniki hepatit
• qaraciyərin digər
xəstəlikləri
• qurd invaziyaları
medicina.az