Qəssablardan COVID-19 pasportu tələb ediləcək - RƏSMİ

  • 2021.07.15 18:47
  • 1455 Baxış
Qəssablardan COVID-19 pasportu tələb ediləcək  - RƏSMİ

“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir:

“Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan sonra onların məntəqədə fəaliyyət göstərməsinə imkan veriləcək”.