Qətl xəbərlərini oxuyanda yaranan stresdən necə qorunaq?

  • 2023.10.30 19:12
  • 1372 Baxış
Qətl xəbərlərini oxuyanda yaranan stresdən  necə qorunaq?

Hər gün neqativ, ağır, qətl və müharibə xəbərlərini oxuduqda insanda “şahid travması” adlı psixi vəziyyət yarana bilər.

“Medicina” xəbər verir ki, bu barədə krisiz psixoloqu Nataliya Skuratovskaya məlumat verib.

“Mütəmadi olaraq, xəbər lentini vərəqləyib baxmaq, səhər oyananda,gecə yatanda zorlama, qətl, ölüm barədə informasiyanı, foto və videoları izləmək insanda fiziki və emosional fonda ciddi dəyişiklik yaradır.

Belə ki, təbii fəlakət, qəza, qətl barədə kütləvi informasiya vasitələrindən xəbər tutanlar avtomatik sanki həmin hadisəni görmüş şahidlər kimi psixi əziyyət çəkir.

Bu zaman insanda dünyanın, ətrafın təhkükəsizliyinə dair güvən, stabilliik hissi itir, o öz həyatına görə narahat olmağa başlayır.

Bəs belə hallarda özünə necə kömək etməli?


- Fiziki olaraq, özünü reallığa, öz həyatına qaytar və bunu hiss et. Xəbərləri oxuyan an oturduğun yerdə ayaqlarını yerə, döşəməyə möhkəm sıx. Və ətrafda gördüyün əşyaları say, saata bax, təqvimi xatırla, pəncərədən bax və ətrafda baş verənləri bərkdən özün üçün təkrarla.

- Eləcə də vannaya keçib qollarını və ayaqlarını soyuq su ilə yu

- İnternet və saytlara girişi məhdudlaşdır. Gecə yatanda oxuma

- Öz emosiyalarını qəbul et. Həmin an özünə sual ver. Mən indi nə hiss edirəm. Özünü dinləyib, izləyib, nə hiss etdiyini deyəndə qorxununun caynağından çıxırsan.

Aygün Musayeva