Qəzada ölən idmançının orqanları azərbaycanlıya köçürüldü

  • 2023.11.29 14:29
  • 814 Baxış
Qəzada ölən idmançının orqanları  azərbaycanlıya köçürüldü


Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib.

İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb.
Məlumata görə, boksçunumşn ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir.

Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.