Qəzzada narkoz dərmanları tükənir

  • 2024.01.26 16:12
  • 531 Baxış
Qəzzada narkoz dərmanları tükənir

Qəzza Səhiyyə Nazirliyi Xan Yunisdəki Nasser xəstəxanasında anesteziya dərmanlarının tükəndiyini açıqlayıb.



"Medicina" xəbər verir ki, bir sıra xəstəxanalarda ağrıkəsicilərin də bitdiyi bildirilir. Xəstəxanadakı yanacaq miqdarının 5 günə bitəcəyi deyilir.


111 gündür atəş altında olan Qəzza zolağında dərman və tibbi ləvazimat çatışmazlığı barədə ÜST də dəfələrlə məlumat yayıb.



Qeyd edək ki, səhiyyə rəsmiləri ehtiyatların 150 günə yetməyəcəyini də bildirib.


Aygün Musayeva