Qıcıqlanmış bağırsaq sindromu - Alman metodu ilə müalicəsi

  • 2023.11.16 13:57
  • 1689 Baxış
 Qıcıqlanmış bağırsaq sindromu   - Alman metodu ilə müalicəsi

Qıcıqlanmış bağırsaq sindromu - qastroenteroloqlar tərəfindən diaqnostika edilən ən çox yayılmış xəstəlikdir, dünya əhalisinin 11%-də rast gəlinir.


"!Medicina" xəbər verir ki, xəstəlik səhiyyədə əhəmiyyətli maliyyə yükünə malikdir, həyat keyfiyyəti və iş qabiliyyətinə xeyli əngəl yaradır. Müxtəlif xəstəliklər altında maskalana bilər; əsl diaqnoz qoyulana qədər xəstələr bir çox diaqnozlar ilə (qastrit, disbioz, dispepsiya, xolesistit və s) çeşidli müalicələr alır.


QBS diaqnozu meyarları: son 3 ay və ya daha çox müddətdə həftədə ən azı 1 gün təkrarlanan qarın ağrısının ən azı 2 əlamətlə birlikdə olması:

-defekasiyadan sonra yaxşılaşma

-defekasiya sayının artması ilə
-nəcis formasının dəyişməsi ilə


Müasir həyat tərzi, gərgin iş rejimləri stresi QBS-ın inkişafında ən çox rast gəlinən səbəblərdən biri edir. Digər diaqnozlar istisna edilib, QBS təsdiqlənərsə, Neurexan və Spascupreel preparatları bu problemin həllində uğurlu seçimdir.


Aygün Musayeva