Qida allergiyasına qarşı yeni müalicə üsulu

  • 2026.07.30 14:59
  • 116 Baxış
Qida allergiyasına qarşı yeni müalicə üsulu

Yeni araşdırma bir neçə qidaya qarşı allergiyası olan şəxslərdə omalizumab dərmanının təsirli nəticələr verdiyini ortaya qoyub.

Medicina.az xəbər verrir ki, tədqiqatda omalizumab müalicəsi ilə qida allergenlərinə qarşı ağızdan immunoterapiya üsulu müqayisə edilib.

Nəticələrə əsasən, omalizumab qəbul edən xəstələrdə müalicəni tamamlama göstəricisi daha yüksək olub, əlavə olaraq ciddi allergik reaksiyalar daha az müşahidə edilib.

Araşdırmada 1–29 yaş arası 117 iştirakçı iştirak edib. Alimlər bildiriblər ki, hər iki müalicə üsulu qida allergiyasına qarşı dözümlülüyü artıra bilər, lakin seçim zamanı xəstənin fərdi riskləri və sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

Mütəxəssislərin fikrincə, nəticələrin daha geniş tətbiqi üçün əlavə araşdırmalar və uzunmüddətli müşahidələr tələb olunur.

Xanım,
Medcina.az