Qırğızıstan prezidenti ağır koronavirus xəstələrini ziyarət etdi

  • 2021.04.22 16:32
  • 781 Baxış
Qırğızıstan prezidenti ağır koronavirus xəstələrini ziyarət etdi

Qırğızıstan Prezidenti Sadır Japarov səhiyyə sisteminin hazırlığını yoxlamaq üçün COVID-19 xəstələrinin müalicə olunduğu “qırmızı zonalar”a gedib.

Medicina.az xəbər verir ki, o vətəndaşlardan sağlamlıqlarına laqeyd qalmamalarını, simptomlar ortaya çıxdıqda dərhal həkimlə əlaqə saxlamalarını və ən əsası vaksinasiyada aktivlik istəyib.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, respublikanın bütün tibb müəssisələri kifayət qədər dərman ehtiyatına malikdir. Yaxın gələcəkdə əlavə dərman dəstləri və fərdi qoruyucu vasitələrin alınması planlaşdırılır. Ölkədə koronavirusla əlaqədar vəziyyətə görə karantin tətbiq edilməsi planlaşdırılmır.