Qırılan kanatda yaralananların vəziyyəti necədir? - XƏSTƏXANADAN AÇIQLAMA

  • 2018.07.09 15:01
  • 9222 Baxış
Qırılan kanatda yaralananların vəziyyəti necədir? -  XƏSTƏXANADAN AÇIQLAMA

 

Qubada hotellərdən birinin ərazisində kanat qırılıb. Hadisə nəticəsində hotelin əməkdaşı, rayonun Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb, 2 nəfər isə yaralanıb.




Medicina.az-ın əməkdaşı yaralıların vəziyyətini öyrənmək üçün Quba Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Bildirilib ki, xəstəxanaya 2 nəfər gətirilib:




"1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir".




MEDİCİNA.AZ