Qırmızı şərabın prostata faydası

  • 2023.03.17 19:22
  • 2083 Baxış
Qırmızı şərabın prostata faydası
Qırmızı şərab prostat xərçəngi riskini azaldır, ağ şərab isə artırır.

“Medicina” xəbər verir ki, alimlər hansı spirt istehlakının kişilərin sağlamlığına müsbət təsir etdiyini müəyyən ediblər.
Məlum olub ki, müxtəlif şərablar prostatın sağlamlığına tamamilə fərqli təsir göstərir.

Maraqlıdır ki, ağ şərabın orta səviyyədə qəbulu prostat vəzi xərçənginin inkişaf riskini artırır. Qırmızı şərabın orta dərəcədə istehlakı isə qoruyucu təsir göstərir.

Orta qəbul dedikdə, mütəxəssislər gündə bir stəkan nəzərdə tuturlar. Həkimlərin sözlərinə görə, tədqiqatın nəticələri qırmızı və ağ şərabın kimyəvi tərkibindəki fərqlərlə izah olunur.

Qırmızı şərabın tərkibində antikanserogen təsir göstərən polifenollar var. Digər spirt növləri əks təsir göstərir.

Qırmızı şərab həmçinin qan azlığının aradan qaldırılmasın da da rol oynayır. Lakin belə vəziyyətdə də müəyyən miqdar qəbul daha məqsədə uyğundur.

Aynurə Məmmədova