Qızı öz xahişi ilə evtanaziya edən 3 həkim məhkəmə qarşısında

  • 2020.01.17 15:58
  • 4442 Baxış
Qızı öz xahişi ilə evtanaziya edən 3 həkim məhkəmə qarşısında
Belçikada qanunsuz olaraq evtanaziya prosesi gerçəkləşdirən klinika və 3 həkim məsuliyyətə cəlb olunub.

Medicina.az xəbər verir ki, 38 yaşlı belçikalı Tina Nis sevgilisi ayrılıqdan depressiyaya düşüb, yaşamaq istəmədiyindən bu klinikaya müraciət edib və öz xahişi əsasında ailəsinin yanında evtanaziya ilə vəfat edib.

Hadisə 2010-cu ildə baş verib. Lakin onun bacıları ölkəni indi bir-birinə qatıblar. Onlar bildirirlər ki, qərar və icra qanunsuz olub. Bu insan hüquqlarının həkimlər tərəfindən pozulması deməkdir.

“Həkim bacımın ölümünü bizə it-pişiyin ölümü ilə müqayisə edərək izah edirdi. O dedi ki, inyeksiya zamanı ağrı olacaq. Sonra atama dedi ki, iynəni saxlasın, çünki plastırı yoxdur. Bacım can verdikdə isə valideynlərimə təklif etdi ki, stetoskopla ürəyin dayanıb-dayanmamasına qulaq asa bilərlər. Bütün bunlar dəhşət idi. O vaxt biz çox gənc idik, indi isə bu prosedurun qanunsuz olduğunu anlayırıq”

Klinikadan isə bildirib li, xəstə ilə qanun çərçivəsində sənədləşmələr aparılıb. Pasiyent Asperqer sindromundan əziyyət çəkdiyi üçün bu qərarı verib.

Həkimlər bildirir ki, Tina psixi pozuntulara görə bir neçə dəfə intihara cəhd edib.

Bacıları isə bunların həqiqət olmadığını, evtanaziyaya sevgilisindən ayrıldığı üçün keçirdiyi psixi sarsıntının təsirindən müraciət edib. Onların bacısı son 15 ildə heç bir psixiatrın qeydiyyatında olmayıb.