Qızılca Bakıda yayılır - Daha bir universitetdə yoluxma

  • 2023.11.27 14:11
  • 2184 Baxış
Qızılca Bakıda yayılır   - Daha bir universitetdə yoluxma

Bölgələrdə aktiv yayılan qızılca Bakıda universitetlərə keçib,

Azərbaycan Texniki Universitetdə səkkiz tələbədə qızılca aşkarlanıb.

"Medicina" xəbər verir ki, universiitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”


Ötən aydan yayılan qızılca səbəbindən Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyəti müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.


Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.
Qızılca Bakıda yayılır   - Daha bir universitetdə yoluxma