Qızılca müalicəsində antibiotik olmaz -Təyyar Eyvazov

  • 2023.12.06 15:58
  • 1034 Baxış
Qızılca müalicəsində antibiotik olmaz  -Təyyar Eyvazov


Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.

"Medicina" xəbər verir ki, infeksionist Təyyar Eyvazov deyib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.


“Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur”, - o qeyd edib.



Virusa yoluxan şəxslərin A vitaminini qəbulu məsələsinə gəldikdə isə, Təyyar Eyvazov qeyd edib ki, milli təqvim peyvəndində də qızılcaya yoluxmuş şəxslərə A peyvəndinin verilməsi tövsiyə olunur:

“Buna görə virusa yoluxan və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsində A vitaminindən istifadə oluna bilər. Eyni zamanda, qızılcaya yoluxmuş şəxsin yüksək temperaturu varsa, "Parasetamol" dərmanı içə bilər. Temperaturun aşağı salınması üçün qızdırmasalıcı dərmanlardan istifadə bütün infeksion xəstəliklərə tövsiyə edilir”.


"Müasir dövrdə bir sıra infeksiyaları idarə edə bilirik. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq.


Bu gün qarşılaşdığımız hal validynlərin vaxtında uşaqlarını qızılcaya qarşı peyvənd etdirməməyinin nəticəsidir. Qeyd edim ki, koronavirus pandemiyası dövründə də peyvəndə qarşı əks təbliğat gedirdi. Bu, yolverilməzdir. Peyvənd ölümlərin qarşısını alır. Buna görə gec olmadan valdeynlərə uşaqlarını peyvənd etdirməyə çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir