Qızılca testi varmı- Hansı analizi verməli?

  • 2023.12.16 17:50
  • 1746 Baxış
Qızılca testi varmı - Hansı analizi verməli?
Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir.


"Medicina" xəbər verir ki, qızılca virusu zamanı infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.


Əvvəlcə IgM sintez olunur. İgM səviyyəsi bir neçə gün ərzində maksimuma yüksəlir və sonrakı həftələrdə tədricən azalmağa başlayır.

IgG sintezi bir az gec, infeksiyadan 2-4 həftə sonra başlayır, lakin onların konsentrasiyası bir neçə onilliklər ərzində davam edərək təkrar infeksiyaya qarşı qorunma təmin edir.


İgG peyvənddən sonra da aşkar edilir, buna görə də qızılca virusuna qarşı immunitetin göstəricisi kimi təyin edə bilərlər.

Aygün