Qızlıq pərdəsi bu hallarda zədələnə bilər - 5 SƏBƏB

  • 22 Noy 2019 17:49
  • 11205 Baxış
Qızlıq pərdəsi bu hallarda zədələnə bilər -  5 SƏBƏB
Qızlıq pərdəsinin Latınca adı "Hymen” adlanır. Bir çox cəmiyyətlərdə namus və bakirəlik rəmzi hesab edilir. Onun pozulmaması, tamlığı qızın cinsi əlaqədə olmamasının sübutudur. 


Medicina.az xəbər verir ki, hətta cinsi istismar, təcavüz və zorakılıq kimi hallara məruz qalmış şəxslər tibbi ekspertizada qızlıq pərdəsinin müayinəsi ilə müəyyənləşir.


Bəs qızlıq pərdəsinin vəzifəsi nədir?

Qeyd etmək lazımdır ki, bu bir orqan deyil və heç bir işlək funksiyası yoxdur. Bu pərdə körpəlikdən (ana bətnində 7-12 həftə arasında olur) 11-12 yaşına qədər mikrobların vaginaya daxil olmasının qarşısını alır. Körpə oğlan uşaqlarında cinsiyyət divarları birləşib testis içərisində dəri meydana gətirir. Qızlarda isə genital divarlar ayrılaraq daxili və xarici vağına dodaqlarını əmələ gətirir. Qızlıq zəri körpələrin orqanizminə yad cisimlər, mikrobların daxil olaraq infeksiyaya səbəb olmasının qarşısını alır. Digər bir faydası isə, anadangəlmə sidik kanalının olmaması zamanı istifadə edilməsidir. Əgər belə hal olarsa, həkimlər qızlıq pərdəsini çıxarıb ondan süni sidik kanalı formalaşdıra bilirlər.

 

Qızlıq pərdəsi tam olaraq harada yerləşir və forması necədir?


Bu düşündüyünüz kimi bir pərdə deyil. Forma olaraq ortasında kiçik dəliyi olan və vagina girişində yerləşən kiçik və böyük vagina dodaqları adlandırdığımız bölgənin içərisində yerləşir. Ortasındakı dəlik isə menstruasiya zamanı mayenin axması üçündür. Hər qadında bu dəliyin forma və ölçüsü fərqlidir.

 

Qızlıq pərdəsinin yırtılmasının səbəbləri 


•Həddindən artıq gərilməyə səbəb olan idman növləri


•Kəsici bir nəsnənin üzərinə yıxılmaq 


•Bakirə olduğu halda vaginal yolla istifadə edilən dərman və tamponlar 


•Sərt matrubasiya etmək


•Şiddətli allergik qaşınma


•Bu bölgə ilə əlaqədar cərrahi müdaxilələr 


Qeyd etmək lazımdır ki, yırtılmış qızlıq pərdəsinin kənarları 7 gün içərisində tamamilə sağalır və hər hansı dəyişikliyə məruz qalmır. Vaginanın girişində asanlıqla yırtıla bilən, incə kapilyarlara və qan damarlarına sahib bir quruluşa malikdir. Ona görə də ilk cinsi münasibət zamanı qanama ehtimalı demək olar ki, 50% təşkil edir. Bu zaman çox qanaxma yaşanmır . Lakin çox nadir hallarda, membranın arxasındakı bir damarın üzə çıxması nəticəsində qanaxma dayanmaya bilər. Bu zaman cərrahi əməliyyat tələb olunur.


Qızlıq pərdəsi yırtılmadan hamilə qalmaq olarmı?

Bu hamiləliyə əngəl deyil. Bu pərdə hər nə qədər süzgəc rolunu oynasa da, onun yırtılmaması zamanı da hamilə qalmaq olar. Əgər kifayət qədər sperma sürətli şəkildə yumurtalığa daxil olarsa, döllənmə prosesi baş verə bilir. 


Öz-özünə bərpa olurmu? 

Zədələnmiş və ya yırtılmış pərdə bir həftədən sonra sağalır,lakin öz-özünə bərpa olmur. Artıq ilk cinsi münasibətdən sonra qanama halı təkrar olunmur. Həkim müayinəsi ilə yenidən bərpa edilə bilər.
Qızlıq pərdəsi bu hallarda zədələnə bilər -  5 SƏBƏB
Qızlıq pərdəsi bu hallarda zədələnə bilər -  5 SƏBƏB
Qızlıq pərdəsi bu hallarda zədələnə bilər -  5 SƏBƏB