Qonoreya opusməklə yoluxurmu? – Ginekoloq açıqladı

  • 2023.08.09 21:00
  • 1625 Baxış
Qonoreya opusməklə yoluxurmu?  – Ginekoloq açıqladı
Qonoreya — cinsi yolla ötürülən zöhrəvi xəstəlikdir. Onu neyseriya cinsindən olan qonokokklar törədir. Cinsi sağlamlıq mütəxəssislərinin əksini söyləməsinə baxmayaraq, yeni bir araşdırmanın nəticəsində qonoreya xəstəliyi ilə bağlı maraqlı nüanslar aşkarlanıb.

Tədqiqata əsasən, bu \ infeksiyanın öpüşmə yolu ilə də yoluxa biləcəyi üzə çıxıb. Həkimlər də qonoreyanın ağızdan-ağıza keçərək yoluxma ehtimalının çox olduğunu təsdiqləyiblər.


“Medicina” xəbər verir ki, ginekoloq Elizaveta Komarovanın sözlərinə görə, qonoreyanın tipik simptomlarına vaginadan və ya penisdən qalın yaşıl və ya sarı axıntı, həmçinin sidik ifraz edərkən ağrı hissiyatı daxildir. Lakin heç də hər kəsdə bu simptomlar baş vermir.


“Bu simptomları yaşayan şəxslərə müalicə gərəkdir. Dərhal müalicənin tətbiq edilməməsi bir çox ağır nəticələrə çıxara bilər. Xüsusilə də qadınlar daha diqqətli olmalıdır çünki, müalicə gecikərsə, onlarda sonsuzluq ehtimalı artır.
Həmçinin, infeksiya qorunma vasitəsi istifadə edilmədiyi halda vaginal, oral və ya anal sekslə yoluxa bilər”.


Tədqiqat çərçivəsində elm adamları bir çox infeksiyaları da tədqiq edərək. onların öpüşmə zamanı yoluxma ehtimalını araşdırıblar. Təhlil edilən 6 işin 5-i qonoreya, digər biri isə xlamidiya ilə aparılmış və qonoreya infeksiyasının öpüşmə zamanı yarandığı fikirləri öz təsdiqini tapıb.


Xanım