Qonşu ölkədə 1 milyondan çox insan koronaya yoluxub

  • 2022.01.18 11:06
  • 1326 Baxış
Qonşu ölkədə  1 milyondan çox insan koronaya yoluxub
Gürcüstanda son sutka ərzində daha 7 521 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.