Qonşu ölkədə 41 nəfərdə Omikron aşkarlandı

  • 2021.12.21 20:08
  • 1388 Baxış
Qonşu ölkədə 41 nəfərdə Omikron  aşkarlandı
Azərbaycanının şimal qonşusu Rusiyada 41 nəfərin koronavirusun yeni “Omikron” ştamına yoluxması rəsmi təsdiqlənib.

Bu barədə COVID-19 ilə mübarizə üzrə əlaqələndirmə şurasının iclasında “Rospotrebnadzor”un sədri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiyada “Omikron” ştamına yoluxan xəstələrin əksəriyyətində koronavirusa qarşı immunitet var.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.