Qonşu ölkədə koronavirusla bağlı SON STATİSTİKA

  • 2021.07.26 10:50
  • 952 Baxış
Qonşu ölkədə koronavirusla bağlı  SON STATİSTİKA

Gürcüstanda son sutkada koronavirusa 1 264 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 404 023-ə, vəfat edənlərin sayı isə 5 714-ə çatıb.

Ötən 24 saat ərzində 1 665, ümumilikdə isə 374 753 nəfər sağalıb.