Qonşu ölkədə koronadan ölüm sayı 4 minə çatır

  • 2021.04.17 11:04
  • 1119 Baxış
Qonşu ölkədə koronadan ölüm sayı 4 minə çatır

Gürcüstanda ötən sutkada daha 1 219 nəfərə koronavirus diaqnozu qoyulub, 301 nəfər sağalaraq evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 294 540-a, sağalanların sayı 280 132-yə çatıb.

Son 24 saat ərzində daha 9 nəfər vəfat edib və ümumi ölüm sayı 3 925-ə yüksəlib.