Qonşu ölkədə yoluxanların sayı yenidən artır

  • 2021.01.13 11:03
  • 883 Baxış
Qonşu ölkədə yoluxanların sayı yenidən artır

Gürcüstanda ötən sutkada koronavirusa 1 618 yeni yoluxma halı təsdiqlənib, 403 nəfər sağalıb, 26 pasiyent isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 243 255 nəfərdə aşkarlanıb ki, onların 227 611-i sağalıb, 2 846-sı isə dünyasını dəyişib.

Aktiv koronavirus xəstələrinin sayı 12 772 nəfər təşkil edir.