Qonşuda daha 61 nəfər koronadan öldü

  • 2021.12.29 10:54
  • 2033 Baxış
Qonşuda daha 61 nəfər  koronadan öldü
Gürcüstanda ötən sutkada daha 2 514 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 61 pasiyent ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 930 544-ə, ölənlərin sayı isə 13 707-yə çatıb.

Ötən 24 saat ərzində müalicə alaraq sağalanların sayı 2 711 nəfər artaraq 890 733 olub.