Qorunmaq üçün ikiqat maska taxın - Həkimdən ÇAĞIRIŞ

  • 2022.01.12 15:33
  • 1770 Baxış
Qorunmaq üçün ikiqat maska taxın -  Həkimdən ÇAĞIRIŞ
“Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib.

O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:

“Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.