Qoxubilmə təkcə koronada itmir- Dəhşətli səbəb

  • 2021.01.12 15:10
  • 2285 Baxış
Qoxubilmə təkcə koronada itmir - Dəhşətli səbəb

Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi sinir sisteminin ən ağır xəstəliklərindən olan Parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Medicina.az xəbər verir ki, Avropa Parkinson Fondundan verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib.

Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.

Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyшт başlanmasından 10 il əvvəl itə bilər.