Qoxubilməni necə bərpa etməli? – Otolorinqoloqdan məsləhətlər

  • 2021.02.01 18:55
  • 1148 Baxış
Qoxubilməni necə bərpa etməli?  – Otolorinqoloqdan məsləhətlər

Koronavirus xəstələrində sağalandan sonra da bərpa olmayan qoxubilməni geri qaytarmaq üçün xəstələr daim məşq etməlidir

Medicina.az xəbər verir ki, LOR həkim İqor Branovan 4 həftə ərzində qoxubilmənin geri qayitmağa başlayacağını bildirib.


Əgər anosmiya aylarla davam edərsə, insanlar bu tədbirləri görməlidir:

- Səhər-axşam burunu natri –xlor və ya apteklərdə satılan dəniz suyu ilə yumaq

- Eləcə də LOR həkim hormonal burun spreyləri yaza bilər. Onlar qoxu reseptorlarını aktivləşdirir, ödemi götürür.

- Hər gün 3-5 dəfə sizə tanış və xoş qoxuları bir –bir iyləyin: qızılgül yağı, mixək, limon, portağal, kəskin yağlardan, bitkilərdən kamfora, ekvalipt.

- Qoxuları bir –bir iyləyib, onları beyninizdə yada saımağa çalışın


Bu metodları ruhdan düşmədən 1 ay etmək lazımdır.