Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qoz yeməklə arıqlamağın sirri – Alimlərdən yeni araşdırma

  • 2025.07.29 09:43
  • 368 Baxış
Qoz yeməklə arıqlamağın sirri  – Alimlərdən yeni araşdırma

Qozun gündəlik qida rasionuna əlavə olunması təkcə arıqlamağa yox, həm də diabet və ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edir.


“Medicina.az” xəbər verir ki, bu qənaətə Minnesota Universitetinin alimləri yeni tədqiqat nəticəsində gəliblər. Onlar 3300 nəfərin qidalanma vərdişlərini və sağlamlıq vəziyyətini uzun müddət müşahidə edərək, maraqlı nəticələr əldə ediblər.


Tədqiqat göstərib ki, hər gün bir ovuc qoz yemək:

• Qan təzyiqini aşağı salır
• Artıq çəkidən azad olmağa kömək edir
• Diabet və ürək-damar xəstəliklərinin qarşısını ala bilər

Alimlərin sözlərinə görə, qoz — tərkibində alfa-lipoenik turşu olan yeganə qoz növüdür. Bu maddə daha öncə ürək sağlamlığı ilə əlaqələndirilsə də, onun tam təsirini sübut etmək üçün əlavə araşdırmalar aparılmalıdır.

Araşdırma zamanı maraqlı bir məqam da ortaya çıxıb:
Qoz sevən insanların bədən kütləsi indeksi aşağı olub və onların ürək-damar sisteminin ümumi vəziyyəti daha yaxşı qiymətləndirilib.

Bundan əlavə, qoz yaşlı insanlarda görmə qabiliyyətini qorumağa da kömək edir.

Qoz həm də zülal, lif, maqnezium və digər faydalı minerallarla zəngindir ki, bu da onu sağlamlıq üçün ideal qida məhsuluna çevirir.

Aygün Musayeva
Medicina.az