Qubada uşaq traktorun pərləri arasında qaldı

  • 2021.05.08 13:45
  • 1447 Baxış
Qubada uşaq traktorun pərləri arasında qaldı

Qubada azyaşlı dərmansəpən qurğunun arasında qalaraq xəsarət alıb.

Medicina.az xəbər verir ki, hadisə dünən rayonun Hacıqayıb kəndində baş verib.

Kənd sakinlərindən verilən məlumata görə, səkkiz yaşlı Zamiq Harunov ehtiyatsızlıq səbəbindən traktora qoşulan dərmansəpən qurğuya ilişərək xəsarət alıb:

Uşağın atası Rəşad Harunov sahədə özünə məxsus traktor işlədirdi. Ani olaraq atası traktorun yanından aralanıb. İlkin məlumata görə, bu müddətdə uşağın köynəyi və ya şalvarının ətəyi traktora qoşulu olan dərmansəpən aparata ilişib və qurğu uşağı fırlatmağa başlayıb.

Səkkiz yaşlı uşaq bir neçə dəfə yerə çırpıldığı üçün ağır xəsarətlər alıb. Aldığı zədələr səbəbi ilə o, təcili Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlər uşağın daxili orqanlarının, hər iki əl və ayağının zədələndiyini deyib. Hazırda reanimasiya şəraitində müalicə alır.