Qulaq ağrısı ilə gəldi - Hörümçək çıxarıldı

  • 2023.12.29 14:50
  • 1624 Baxış
Qulaq ağrısı ilə gəldi   - Hörümçək çıxarıldı
Britaniyada qulağında şiddətli ağrılarla xəstəxanaya gələn 32 yaşlı qadının qulağından çıxanlar həkimi şoka salıb.


"Medicina" xəbər verir ki, mikrokameralı müayinə zamanı qadının qulağının dərinliyində tor salmış hörümçək tapılıb.

Qadın qulağından çıxanı görəndə özü də şoka düşüb. Hörümçəyin ora hansı şəraitdə düşməsi müəmmalıdır.

Hörümçəyi çıxarmaq da çətin olub, çünki həşərat daha da qulağın dərinliyinə getməyə başlayıb.

3 gün xəstəxanada antibiotik müalicəsi alan qadın sonra evə buraxılıb.

Aygün