Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurban bayramda şirniyyatlara bağlı xəbərdarlıq - Bunları almayın!

  • 2025.05.23 18:34
  • 185 Baxış
Qurban bayramda şirniyyatlara bağlı xəbərdarlıq -  Bunları almayın!

Qurban bayramına sayılı günlər qaldığından şirniyyat hazırlamağa başlayanlara xəbərdarlıq edilib.

Medicina.az xəbər verir ki, Qurban bayramı yaxınlaşdıqca şirniyyat dükanlarında sifarişlərin sayı artıb.

Türkiyəli adanalı desert ustası Zeynep Qeyik ucuz və lisenziyasız desertlərin zərərli maddələr ehtiva etdiyi barədə xəbərdarlıq edib. Qeyik bəzi müəssisələrin püstə əvəzinə qida boyası ilə noxud, ispanaq və fıstıqları qarışdıraraq püstə deserti kimi satdığını bildirib.

Qurban bayramında həm ət, həm də şirniyyat yeməyin mədəyə ağır təsir edəcəyini bildirən Qeyik, "Etibarlı və tanınmış yerlərdən şirniyyat alın. Ucuz şirniyyatlarda mütləq zərərli qatqılar var", deyə əlavə edib.

Şirniyyat ustası yağ və qatqıların kanserogen təsirinə də diqqət çəkib.

"Sağlamlığınızı riskə atmayın", deyə mütəxəssis xəbərdarlıq edib.

Aygün
Medicina.az