Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurban ətinə "24 saat" xəbərdarlığı: Bunu etməyin

  • 2025.06.05 07:04
  • 412 Baxış
Qurban ətinə "24 saat" xəbərdarlığı:  Bunu etməyin

Qurban bayramına sayılı günlər qalıb.

Medicina.az xəbər verir ki, türkiyəli dietoloq Kübra Kaynar qarşıdan gələn bayram öncəsi qurban əti ilə bağlı açıqlamalar verib.



Kaynar ətin necə yeyilməsindən tutmuş, yeməkdən sonra nə ediləcəyinə qədər bir çox mövzuya toxunub:

"Ət kəsildikdən dərhal sonra yeyilməməlidir. Ölüm qatılığı deyilən bir vəziyyət yaranır. Ətin həzm olunması çətinləşir. Ətin 24 saat gözləməsi sağlamlıq üçün çox əhəmiyyətlidir. Bununla da daha sağlam, daha dadlı və daha yumşaq ət yeyəcəyik”.

Ətdən əlavə şirniyyatlara da diqqət çəkən Kaynar, "Getdiyimiz hər evdə bizə desert verilir. Qonaqlıqlara tox getsək daha yaxşı olar. Şərbətli desertlərdən uzaq durmalı, südlü desertlərə üstünlük verməliyik", deyə əlavə edib.

Aygün
Medicina.az